Ukrayna mətbuatı: Ruslar Mariupola naməlum zəhər atdı
Gündəm
01:08 / 12.04.2022
5043
Rusiya hərbi qüvvələri Mariupola mənşəyi məlum olmayan zəhərli maddə atıblar.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı Mariupolda rusların mühasirəsində qalan "Azov" alayına istinadla xəbər yayıblar.
"Təxminən bir saat əvvəl Rusiya işğalçılarına məxsus PUA-dan Mariupol şəhərindəki Ukrayna hərbçilərinə və mülki şəxslərə qarşı mənşəyi naməlum zəhərli maddə atılıb”- məlumatda deyilir.
Qurbanlarda tənəffüs çatışmazlığı və sinir sistemi pozğunluğunun müşahidə olunduğu bildirilir.
Naməlum maddədən istifadənin fəsadları aydınlaşdırılır.
Bu gün bir neçə saat əvvəl Ria Novosti-nin yaydığı bir məlumatda qondarma "Donetsk Xalq Respublikası"nın milis qruplaşmalarının liderlərindən biri olan Eduard Basurinin dilindən "Mariupolun ukraynalı müdafiəçiləri "Azovstal" zavodunda tam mühasirəyə alınmalı, sonra isə orada kimyəvi silahdan istifadə edilməlidir" fikri səslənmişdi.
qaynarinfo/