Logo

Ukraynada AES-də başlayan yanğın söndürüldü - YENİLƏNDİ

Ukraynada AES-də başlayan yanğın söndürüldü - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yanğınsöndürənlər Zaporojye Atom Elektrik Stansiyasında baş verən yanğını söndürmək üçün yola düşüblər.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.

"Enerqodar şəhərindəki Zaporojye AES-də Fövqəladə Hallar Dövlət Xidmətinin bölmələri təlim binasında baş vermiş yanğının söndürülməsinə cəlb olunub. Fövqəladə Hallar Dövlət Xidmətindən 40 nəfər və 10 texnika cəlb olunub", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya hərbçiləri Zaporojye AES-in birinci enerji blokunu atəşə tutub və nəticədə yanğın çıxıb.

***

Zaporojye Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın lokallaşdırılıb.

Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, xəsarət alan olmayıb.

***

Ukraynanın şərqində yerləşən Zaporojye atom elektrik stansiyasının (AES) təlim-tədris korpusunda baş verən yanğın söndürülüb.

Sfera.azUkrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR