Logo

Dəhşətli QƏTLİN üzə çıxardığı suallar - Polis hansı hallarda evə girə bilər? - Şərh

Dəhşətli QƏTLİN üzə çıxardığı suallar - Polis hansı hallarda evə girə bilər? - Şərh
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda ana və iki övladı münaqişə zəminində öldürülüb. Evdə səs-küylə əlaqədar olaraq, qonşular ərazi yerinə polis əməkdaşlarını çağırıb. Lakin sakinlərin dediklərinə görə, polis xidmətinin işçiləri bunu ailədaxili məsələ olaraq qiymətləndirərək, sakinlərə prosesə qarışmamalı olduğunu deyib.

Şəxsi mənzildə səs-küy, zorakılıq halı müşahidə edildikdə, polis əməkdaşlarının müdaxiləsi ilə bağlı məsələnin hüquqi tərəfini şərh edən vəkil Elmir Murquzov Sfera.az-a açıqlama verib.

Vəkil bildirib ki, polislər qanunvericiliyə uyğun olaraq, həmin münaqişəyə müdaxilə edə bilər:

"Polis əməkdaşlarının məhkəmə qərarı olmadan yaşayış evinə daxil ola biləcəyi və müdaxilə edə biləcəyi qanunla müəyyən edilmiş qaydada təmin olunur. "Polis haqqında" Azərbaycan Respublikası qanununun 24-cü maddəsi ilə həmin hallar tənzimlənir.

Polis əməkdaşlarının yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil olmasına yalnız hakimin qərarı olduqda və digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə icazə verilir.

Hakimin qərarı olmadan isə, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi, yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması, yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması, cinayət törətmiş şəxsin bilavasitə "isti izlərlə” təqib edilməsi hallarında polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil ola bilər.

Qeyd olunanlardan da göründüyü kimi, yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması barədə dəqiq məlumat olduqda və yuxarıda qeyd olunan digər hallarda polis əməkdaşları yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil ola bilərlər”.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR