Koronavirus bədəndə bir həftədən çox yaşaya bilər? - İnfeksionistdən AÇIQLAMA
Mütəxəssislər koronavirusun normal şərtlərdə bədəndə 2 həftə müddətinə qaldığını, ötürücülüyün isə 1 həftə müdddətində keçərli olduğunu bildirirlər. Buna görə də karantin müddəti ölkəmizdə də bir həftəyədək azaldıldı.
Lakin bəzi mütəxəssislər müəyyən səbəblərdən virusun orqanizmdə daha çox qala biləcəyini iddia edir.
Maraqlıdır, virus hansı şəxslərin bədənində daha uzun müddət yaşaya bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan həkim infeksionist Nicat Əzimli koronavirusun orqanizmdə 2 həftədən çox qala bilməsinin və xəstəliyin uzun müddət davam edə biləcəyinin doğruluğunu təsdiqləyib. Mütəxəssis buna səbəb olan amildən danışıb:
"Limfositlərin, xüsusilə T limfositlərinin azalması koronavirus xəstəliyində görülən əsas dəyişikliklərdəndir. Hansı ki, bu HIV infeksiyasında da rast gələn durumlardan biridir. Nəzərə almaq lazımdır ki, bu hüceyrələr xəstəliklə mübarizə aparan əsas müdafiə sistemlərindən biridir.
Beləliklə, limfa sistemi ilə bağlı əvvəldən olma bir xəstəlik halı orqanizmin koronavirusa qarşı müqavimətinin zəif olması deməkdir. Bu isə öz növbəsində xəstəliyin ömrünün uzanmasına gətirib çıxara bilər”.Əzizə Zeynal






