Fəthullah Gülən haqqında ŞOK QƏRAR VERİLDİ

Fəthullah Gülən haqqında ŞOK QƏRAR VERİLDİ
BAKIRKÖY Növbətçi Sülh Cəza hakimliyi, Bakırköy Respublika Baş prokurorluğunun tələbi istiqamətində Fəthullah Gülən tərəfindən yazılan kitablar ilə CD, DVD və digər elektron materiallardan ibarət 672 əsərdə "Terror təşkilatı təbliğatı" edildiyi səbəbi ilə nəşri, paylama və satışının qadağan edilməsi və bazarda əldə edilənlərə əl qoyulmasına qərar verdi.

Sfera.az xəbər verir ki, Bakırköy Respublika Prokuroru Ertuğrul Sariyar tərəfindən Bakırköy Növbətçi Sülh Cəza hakimliyinə edilən müraciətdə, Fəthullah Gülənin haqqında istintaq həyata keçirilən feto / PDY silahlı terror təşkilatının lideri olduğu xatırladıldı.
15 İyul 2016 tarixində "Türkiyə Respublikası Konstitusiyasının nəzərdə tutduğu nizamı cəbr və şiddət istifadə etməklə aradan qaldırmağa təşəbbüs" edən feto / PDY terror təşkilatının lideri olan Gülənin, xalq üzərində din adamı adı altında simpatiya yığmaq, təşkilata işçi qazandırmaq məqsədləri ilə yazdığı düşünülən 672 kitab, CD, DVD və digər elektron materialların "terror təşkilatı təbliğatı" günahını nəzərdə tutula biləcəyi kimi ifadə edildi. Müraciət, terror təşkilatı təbliğatı meydana gətirə biləcəyi qiymətləndirilən kitab, CD, DVD və digər elektron materiallardan ibarət 672 ədəd əsərin Mətbuat Qanununun 25/2 maddəsinə uyğun olaraq çapı, paylanması və satışının qadağan edilməsi, bazarda əldə edilənlərə əl qoyulması tələb edildi.

OXŞAR XƏBƏRLƏR