Tibb Universitetində iki vəzifəli şəxs işdən çıxdı - YENİLƏNİB
Gündəm
17:55 / 28.07.2016
3290
17:55
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş direktoru Surxay Musayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.
Universitetdən Trend-ə verilən məlumata görə, həmin vəzifəyə Tədris Terapevtik Klinikasının Daxili xəstəliklər və Reanimasiya kafedrasının müdiri, dosent Könül Xəlilova təyin edilib. S.Musayev isə həmin klinikanın uşaq xəstəlikləri kafedrasının professoru kimi fəaliyyətini davam etdirəcək.
Digər dəyişikliklə ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev vəzifəsindən azad edilib. Onun yerinə Rauf Bəylərov təyin edilib.
Xatırladaq ki, Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli bir neçə ay əvvəl ATU-ya rektor təyin edilib.
-----------
17:25
Azərbaycan Tibb Universitetinə Gəray Gərayzadənin rektor təyinatından sonra bu gün böyük kadr dəyişikliyi olub.
Sfera.az modern.az-a istinadən bildirir ki, bu gün Azərbaycan Tibb Universitetinin ( ATU) Tədris Terapevtik Klinikasının baş direktoru Surxay Musayev öz ərizəsi ilə tutduğu postdan gedib.
Onun yerinə Tədris Terapevtik Klinikanın Daxili xəstəliklər və Reanimasiya kafedrasının müdiri, dosent Könül Xəlilova təyin edilib.
Eyni zamanda Tibb Universitetinin Elmi işlər üzrə prorektoru Rauf Bəylərov da tutduğu vəzifəsindən azad olunub.