Üç ölkə iflic oldu: işıq kəsildi, metro dayandı, insanlar köməksiz vəziyyətdə qaldı

Üç ölkə iflic oldu: işıq kəsildi, metro dayandı, insanlar köməksiz vəziyyətdə qaldı
Elektrik enerjisi xəttində baş verən qəza nəticəsində Qazaxıstan, Qırğızıstan Özbəkistan işıqsız qalıb.

Sfera.az  "ria.ru”ya istinadən xəbər verir ki, Mərkəzi Asiyanın üç ölkəsində elektrik enerjisinin kəsilməsinə səbəb Qazaxıstanda tranzit xəttinin həddindən artıq yüklənməsi olub.

Bu barədə yerli elektrik şəbəkəsi operatoru KEGOC-un mətbuat xidməti məlumat yayıb.

"Yerli vaxtla saat 11:59-da (Bakı vaxtı ilə 8:59) 500 kV-lik "Qazaxıstanın Şimal-Şərq-Cənubi” elektrik enerjisinin tranziti üçün güc artımı baş verib. Nəticədə tranzitin fövqəladə ayrılması baş verib. 

Nəticədə Qazaxıstanın Alma-Ata, Çimkent, Taras, Türküstan bölgəsi və ona bitişik ərazilərdə işıqla bağlı problemlər yaranıb. Bağlanma daha iki qonşu ölkənin - Qırğızıstan və Özbəkistanın sisteminə ciddi təsir edib.

Nəticədə Özbəkistanın Fərqanə və Daşkənd vilayətləri, Fərqanə vadisi, Özbəkistanın Sırdərya, Cizzəx, Səmərqənd, Nəvai və Kaşkədərya vilayətləri işıqsız qalıb.

Paytaxt sakinlərindən çox zərurət olmadıqca şəxsi nəqliyyatdan istifadə etməməyə çağırılıb.

Paytaxt Daşkənddə işıqforlaırn işləməməsi nəticəsində şəhərdə böyük tıxaclar yaranıb. Bundan əlavə Daşkənd metrosu işləmir.

Özbəkistanın ən böyük dağ-xizək kurortu olan Əmirsoyda işıq kəsilməsi səbəbindən sərnişinlər kanatda ilişib qalıb, xilasedicilər onları çıxarmağa çalışır.

Bütün ölkə ərazisində nasos stansiyalarının dayanması səbəbindən istilik, kanalizasiya və içməli su təchizatı işləmir.

Qırğızıstanda elektrik enerjisi ilə bağlı problemlər Bişkekin əksəriyyətinə təsir edib, burada da işıqforlar söndürülüb, yollarda hərəkət nəzarətçiləri işləyir. Paytaxt " Manas ” hava limanı avtonom enerji təchizatı sisteminə keçib.

OXŞAR XƏBƏRLƏR

Misirdə içərisində 30-dan çox turistin olduğu yaxta batdı

Misirin Marsa-Alam şəhəri yaxınlığında içərisində 30-dan çox turistin olduğu yaxta batıb.   Sfera.az xəbər verir ki, bu barədə əyalət hökuməti məluma...

Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət&r...

Ukrayna “Oreşnik”in qalıqlarını nümayiş etdirdi - FOTOLAR

Ukrayna ordusu cümə axşamı Rusiyanın Dnepr şəhərinə atdığı yeni, eksperimental ortamənzilli hipersəs raketinin qalıqlarını nümayiş etdirib.  Sfera.az ...

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə təsdiqləndi

Azərbaycan Prezidenti İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərba...

Azərbaycanda 12 yaşlı qızı zorla ərə verdilər - DETALLAR

Azərbaycanda 12 yaşlı qız məcburi ərə verilib.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat yayıb. Sözügedən azyaşlının hekayəs...

Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu TƏSDİQLƏDİ

Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.   Sfera.az-ın məlu...