Logo

Bu gün Türkiyə hökuməti Ermənistanla danışıqların nəticələrini müzakirə edəcək

Bu gün Türkiyə hökuməti Ermənistanla danışıqların nəticələrini müzakirə edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Sfera.az  "TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından bildirilib.

Məlumata görə, toplantıda Ankaranın Ermənistan ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın erməni emissar Ruben Rubinyanla ilk görüşünün nəticələri və bundan sonra atılacaq addımlar müzakirə ediləcək.

Bildirilib ki, Türkiyə iqtisadiyyatının vəziyyəti hökumətin iclasında əsas müzakirə mövzusu olacaq. Dekabrın 20-dən sonra maliyyə-iqtisadi sahədə görülən tədbirlər və bunun sonucları nəzərdən keçiriləcək.

Qeyd edək ki, yanvarın 14-də Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü keçirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR