Azərbaycanda ət də BAHALAŞDI - YENİ QİYMƏTLƏR

Azərbaycanda ət də BAHALAŞDI - YENİ QİYMƏTLƏR
Yanvarın 10-dan sonra bəzi ət satışı məntəqələrində dana və quzu ətinin satış qiyməti artırılıb. İstehlakçıların bildirdiyinə görə kiloqramı 11 manata satılan cavan qaramal əti 13-14 manata, 14 manata satılan quzu əti 15-16 manata təklif edilir.
 
Sfera.az xəbər verir ki, dana və quzu ətinin bahalaşmasını ət satışı ilə məşğul olan şəxslər də təsdiqləyir. Adının çəkilməsini istəməyən satıcı bildirdi ki, son günlər iribuynuzlu diri heyvan tapmaq çətinləşib. Dünəndən isə bazarlarda lazımı qədər diri heyvan olsa da, topdansatış qiyməti 11,5 manata qaldırılıb: 

"Əvvəllər dana ətinin topdansatış qiyməti 9,5-10 manat idi. Mən əvvəl aldığım heyvanın ətini dünən 11,5 manata satmışam. Amma artıq topdansatış qiyməti 11,5 manata yüksəlib. Topdansatış qiymətlərinin artması bizi məcbur edir ki, pərakəndə qiymətləri də ən azı 2 manat artıraq”.

O dana əti ilə bərabər quzu ətinin də topdansatış qiymətinin artdığını və bu səbəbdən pərakəndə satış qiymətinin 15 manatdan aşağı olmayacağını dedi.
Satıcı bəzi yerlərdə mal ətinin əvvəlki qiymətə satılmasının mümkün olduğunu da bildirdi. Onun sözlərinə görə bu, o halda mümkündür ki, camış əti inək əti adı altında satılsın. Satıcı dedi ki, qiymətləri artırmaq istəməyən satıcılar əksər hallarda camış ətini inək əti ilə birgə satır.   

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Elgiz ailə həyatından danışdı: "Çox peşmanam"

Aparıcı Elgiz Əkbər ailə həyatından danışıb.   Sfera.az xəbər verir ki, bu haqda proqramında bəhs edən aparıcı yaşadığı peşmançılıqdan söz açıb:...

Azərbaycanda doğulan iş adamı Rusiyada belə saxlanıldı - VİDEO

Rusiyada tikinti şirkətinin baş direktoru 46 milyon rubl məbləğində dələduzluq ittihamı ilə saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə fon...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...