"Bütün postsovet ölkələrində Nazirlər Kabineti ləğv edilməlidir, yoxsa..." - "Qazaxıstan dalğası"ndan gözlənilən sürprizlər

"Bir qədər əvvəl demişdim ki, Ukraynanı boş verin, əsas zərbə Qazaxıstana gələcək və bu da səbəbsiz deyil. Ona görə ki, bizim insanların çoxu heç bir ciddi səbəb olmadan qazaxları özümüzdən xeyli geridə görür”.
 
Sfera.az bildirir ki, bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. O vurğulayıb ki, Qazaxıstanda son illər ərzində dövlətin və dövlətçiliyin möhkəmləndirilməsi üçün misilsiz işlər görülürdü:

"Ölkə tarixindən tutmuş iqtisadiyyatına qədər sürətlə inkişaf etdirilirdi. Bu da təbii ki, uzaqgörən güclər üçün yaxşı heç nə vəd edə bilməzdi. Hələlik Qazaxıstan prezidenti Nazirlər Kabinetinin buraxılması ilə düzgün olan addımı atdı. Amma bu, hələ təhlükənin tam sovuşması anlamına gəlməməlidir. Postsovet ölkələrə təsir imkanları yetərincədir. Odur ki, hələ başqa sürprizlər də gözlənilməlidir”.

Ə.Oruclu qeyd edib ki, bütün postsovet ölkələrində ən dağıdıcı qurum Nazirlər Kabinetidir və buna görə də onları ya buraxıb yenidən formalaşdırmaq, ya da birdəfəlik ləğv etmək lazımdır:

"Prezident üsul-idarəsi olan ölkədə bu qurumun fəaliyyəti yalnız dağıdıcı qərarlar qəbul edərək ölkənin inkişafı üçün maneələr yaratmaqdan ibarətdir. Ümumiyyətlə isə, birdəfəlik parlament üsul-idarəsinə keçmək lazımdır. Gürcüstanın və Ermənistanın təcrübəsi göstərir ki, bu halda ölkəyə xarici təsirləri minimuma endirmək mümkün olur, çünki baş nazir təkcə hökumətin başçısı deyil, həm də parlament çoxluğunun rəhbəri olur”.

Günay Rəsulqızı
Sfera.az




OXŞAR XƏBƏRLƏR

"Dini təhsilə daha çox vəsait ayrılmalıdır" - Fazil Mustafa

"Dini təhlükəsizliyimizlə bağlı ciddi problemlər var".    Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü p...

"Ermənilərin “Qərbi Ermənistan” iddiası birbaşa ərazi iddiasıdır" - ŞƏRH

Fransanın Ermənistandakı səfiri Olivye Dekottinin son addımı müzakirə obyekti olub. Belə ki, o, İran ərazisində Qərbi Azərbaycan vilayətinin xəritəsini “t...

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını bir neçə dəfə artıracaq - RƏSMİ

2024-cü ildə Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə nəql edilən neftinin miqdarı 1,5 milyon ton olacaq. Gələcəkdə Qazaxıstan ixrac həcmlər...

"Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini niyə döyüb? + TƏFƏRRÜAT

Bakıda aptekdə baş verən insidentin təfərrüatları məlum olub.    Sfera.az  lent.az-a istinadən xəbər verir ki, məlum hadisə təqribən 3 ay ə...

"Real"ın ulduz futbolçusu zədələndi

İspaniyanın "Real" klubunun ulduz futbolçusu Vinisius Junior zədələnib.   Sfera.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi say...

"İlkin tibbi xidmətdə problemlər var" - Səhiyyə komitəsinin sədri

“Əhaliyə göstərilən ilkin tibbi xidmətlə bağlı problemlər mövcuddur”. Sfera.az xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslan...