Almatıda fövqəladə vəziyyət elan edildi
Gündəm
10:21 / 05.01.2022
819
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb.
Sfera.az "Unian” agentliyinə istinadən xəbər verir ki, həmin ərazilərdə fövqəladə vəziyyət rejimi yanvarın 5-dən 19-na qədər davam edəcək.
Almatı şəhərində fövqəladə vəziyyət rejimi çərçivəsində 23:00-dan 07:00-a qədər komendant saatı da tətbiq olunacaq.
Məlumata görə, sözügedən qərar ölkədə bir neçə gündür davam edən qazla bağlı etirazlar fonunda ictimai təhlükəsizliyi təmin etmək, vətəndaşların hüquq və azadlıqlarının bərpa olunması məqsədilə verilib.
Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilir. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib.