Logo

Deputatlardan yeni hakim təyinatlarına ETİRAZ: "Təcrübəsizdirlər"

Deputatlardan yeni hakim təyinatlarına ETİRAZ: "Təcrübəsizdirlər"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Deputat Qüdrət Həsənquliyev yeni təyin olunan hakimlərə etiraz edib.

Sfera.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Milli Məclisinin qərarının layihəsi müzakirə olunub.

Sözügedən qanun layihəsi ilə bağlı çıxış edən deputat Qüdrət Həsənquliyev hakim postuna namizədliyə irəli sürülən  şəxslərin təcrübəsi olmadığına sərt reaksiya verərək, bunu yolverilməz hal hesab edib:

"Hakimliyə namizədliyi irəli sürülən 8 nəfərin təcrübəsi yetərincə deyil. Bunların cəmi 3 illik təcrübəsi var. Bu əslində təcrübəli hakimlərə hörmətsizlikdir. Ən azından 5 il stajı olan şəxslər təyin olsaydılar, daha yaxşı olardı. 3 illik təcrübə ilə bir məhkəməyə 8 hakimin təyin olunması düzgün yanaşma deyil", - deyə deputat bildirib.

Deputat Tahir Kərimli də Qüdrət Həsənquliyevin fikirləri ilə razılaşaraq deyib ki, hakimin təyinatı zamanı təcrübə əsas götürülməlidir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə qeyd edib ki,  biz bundan sonra belə praktika ilə üzləşəcəyik. "Bu gün hakim korpusunun  tərkibi bunu deməyə əsas verir", - komitə sədri vurğulayıb.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR