Zəngəzur dəhlizi açılsa, Qərbi azərbaycanlıların köçü başlayacaq? – AÇIQLAMA

Gündəm
15:55 / 23.12.2021
969
Zəngəzur dəhlizinin açılmasından sonra Qərbi azərbaycanlıların köçünün reallaşacağı bildirilir. Belə ehtimallar var ki, sülh müqaviləsi imzalansa, bu məqam sənədə də daxil oluna bilər.
Prezident İlham Əliyev də bir neçə dəfə azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması ilə bağlı danışıb.
Maraqlıdır, köç prosesi dəhliz açıldıqdan dərhal sonra reallaşa bilərmi? Ermənistanda azərbaycanlı icmasının mövcudluğu Azərbaycana nə vəd edir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Qərbi Azərbaycan sakinlərinin dədə-baba yurdlarına qayıda bilməsinin mümkün olduğunu bildirib:
"Zəngəzur dəhlizinin açılması ilə əvvəllər Qərbi Azərbaycanda yaşayan insanların yenidən ora köç etməsi məsələsi bir-biri ilə ziddiyət təşkil edir. Çünki dəhliz kommunikasiya məsələsinə, köç prosesi isə insan hüquqlarına aiddir. Bu baxımdan Azərbaycan Ermənistan tərəfindən tələb etməlidir ki, Qərbi Azərbaycanın qədim sakinləri öz yurdlarına qayıda bilsinlər. Bununla bağlı Ermənistan tərəfilə danışıqlar aparılmalı, məsələ gündəlikdə olmalıdır”.
Ekspert Ermənistanın bundan sonra da ərazi iddialarına son qoymayacğını diqqətə çatdırıb:
"Düşünmürəm ki, sülh sazişi imzalandıqdan sonra Ermənistan tərəfinin bizim ərazilərə iddiası gündəmdən çıxacaq. Belə bir ehtimalın olması hələlik mümkün deyil. Lakin Ermənistandakı azərbaycanlı icması ermənilərə qarşı təzyiq vasitəsi ola, bununla da bizim xeyrimizə müsbət addımlar atıla bilər. İstənilən halda, sözügedən məsələ bağlı ilə çıxış etmək lazımdır”.
Əzizə Zeynal
Sfera.az