Logo

“Bu, marketinq hiyləsidir...” – Yeni il hədiyyəsi alarkən nəyə diqqət etməli?

“Bu, marketinq hiyləsidir...” – Yeni il hədiyyəsi alarkən nəyə diqqət etməli?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni ilə sayılı günlər qalıb və artıq marketlərdə uşaqlar üçün hədiyyəlik qutuların satışa çıxarıldığını müşahidə edirik. Lakin hər il qutulara yerləşdirilən məhsullarla bağlı valideynlərin müəyyən narazılığı olur.

Bu baxımdan maraqlıdır, valideynlər nələrə diqqət etməlidir ki, oxşar problemlərlə qarşılaşmasınlar?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, adətən Yeni ilə 5-10 gün qalmışdan hədiyyələr satışa çıxarılır və bu marketinq hiyləsidir:

"Amma bütün market, supermaket sahibkarlarının hamısını da günahkar çıxarmaq olmaz. Müəyyən yerlərdə (ən çox da supermarketlərdə) vaxtı keçmiş şirniyyatları hədiyyə qutularına yığırlar və onu profesional şəkildə bağlayıb, möhür vururmuş kimi etiketləyirlər. Elə edirlər ki, onu açmaq olmasın.
Valideynlər övladlarına hədiyyə alanda qutunun içinə baxmalı, orada olan bütün şirniyyatların istehsal və son istehsal tarixinə nəzər yetirməlidirlər. Vaxtı keçmiş məhsulları aşkarladıqları halda, hara müraciət edəcəklərini deməyəcəm, çünki aidiyyatı qurumların qaynar xətti sadəcə sözdə var, əməl görmürük, heç bir işlə məşğul deyillər”.
 

Müsahibimiz bildirib ki, valideynlər ehtiyatı əldən verməməlidirlər:

"Hər bir insanın individual olaraq öz sağlamlığını qorumaq hüququ var. Yaradılan qaynar xətlərin isə heç bir faydası yoxdur, zəng vuranda belə düşə bilmirsən. Yaxşı olar ki, valideynlər bu istiqamətdə diqqətli olsunlar. Hansısa hədiyyə qutusuna müdaxilə etmək olmursa, onun içində tək bir məhsul olmalıdır, qarışıq yox və qutunun altında son istehsal tarixi  göstərilməlidir. Tövsiyə edərdim ki, valideynlər ümumiyyətlə tənbəlliyin daşını atsınlar, özləri övladları üçün təmiz kərə yağından peçenyalar hazırlasınlar. Çünki indi şirniyyatların da hansı yağlardan hazırlandığı bilinmir, orqanizmdə mənimsənilmir və s”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR