Azərbaycanın qaytardığı əsirlər İrəvanda həbs edilir – “Onları fərari adlandırırlar”
Gündəm
11:24 / 10.12.2021
525
"Ermənistan
parlamentinin sədri Alen Simonyan deyir ki, Azərbaycanda heç bir hərbi əsir
yoxdur, onlar əsir düşməməli idilər, gərək ölərdilər".
Sfera.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə
ekspert Əziz Əlibəyli deyib. Ekspert Simonyanın hərbi əsirləri fərrari adlandırdığını
bildirib:
"Qəribə bir proses müşahidə edilməkdədir. Simonyan
"hərbi əsirləri” fərari adlandırır. Çox sayda hərbi əsir və itkin düşənlərin
valideynləri Ermənistan Nazirlər Kabinetinin binasının yerləşdiyi Respublika
meydanına gedən küçələri bağlamaq üçün mövcud qüvvələrdən istifadə etmək qərarına
gəliblər. Mintiqlər davam edir. Ən dəhşətlisi,
Azərbaycanın Ermənistana qaytardığı hərbçilərin bir hissəsi həbs olunub.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Azərbaycanın qaytardığı
on hərbçidən beşi saxlanılıb. Onlar hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının
ağır nəticələrə səbəb olan pozulmasında ittiham edilib. Hazırda saxlanılan şəxslər
barəsində istintaq tədbirləri davam edir".
Ekspert Ermənistana göndərilən hərbi əsirlərin həbs
olunmasından sonra ortaya bir sıra sualların çıxdığını vurğulayıb:
"İndi mənzərəyə baxaq:
1. Erməni gənclərini kim ölümə göndərir?
2. Paşinyan hakimiyyətinin məqsədi nədir?
3. Əsirlərin valideynləri Nikol hökumətinə qarşı
hansı arqumentlərlə etiraz edir?
4. Bu, övladlarını hərbi xidmətə yollayacaq ailələr
üçün hansı presendent yaradır?", - deyə Ə.Əzizbəyli qeyd edib.