"Ermənistan MN-də kütləvi istefalar başlayıb" - KİV
Gündəm
16:34 / 08.12.2021
832
"Ermənistan Müdafiə Nazirliyində kütləvi işdən çıxarılmalar başlayıb".
Sfera.az xəbər verir ki, bu barədə "Joxovurd” qəzeti yazıb. Nəşrin məlumatına görə, Müdafiə Nazirliyinin baş katibi Artur Sarkisyan istefaya göndərilib.
"Paşinyan Artur Sarkisyanı 2020-ci ilin birinci yarısı üzrə hesabatının müsbət nəticəsinə görə mükafatlandırmışdı. Lakin o, bu gün tutduğu vəzifəsindən istefaya göndərilib. Məlumata görə, Ermənistan Müdafiə Nazirliyi Katibliyinin baş katibinin müavini Suren Poqosyan da vəzifəsindən azad edilib".
Xatırladaq ki,"Joxovurd”un gündəlik məlumatına görə, Ermənistanın müdafiə naziri Suren Papikyan təyin olunduqdan sonra Müdafiə Nazirliyinin müxtəlif idarələrinin əməkdaşlarını mütəmadi olaraq çağırır, onların funksiyaları ilə şəxsən tanış olur. Müşavirələr nəticəsində Müdafiə Nazirliyinin rəhbərliyində müəyyən təhlillər aparılıb ki, nazirlikdə formalaşmış "ənənələr”i istisna etmək üçün kadr dəyişiklikləri idarələrin əməkdaşlarının dəyişməsindən başlamalıdır.