"Mirzoyanla görüşdən imtina etmək doğru qərardır, onları qapımızda süründürməliyik" - Politoloq

"Ararat Mirzoyanla Avropada planlaşdırılan görüşdən imtina etmək doğru qərar idi”
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Zaur Məmmədov Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda keçirilməsi planlaşdırılan görüşün baş tutmamasından danışarkən deyib. O, hadisələrin lehimizə olduğunu bildirib:

"Soçi görüşündən sonra Mger Qriqoryanın Nikolun təlimatı əsasında koridor məsələsi ilə bağlı tutduğu  israrlı mövqe nəticəsində vaxtın uzanması Bakının mövqeyini gücləndirir. Mirzoyanın isə Qarabağla bağlı son bəyanatları onu göstərir ki, bundan sonra onları qapımızda süründürməliyik. Qaydaları biz müəyyən edirik. Sərhədləri dəqiqləşdirmirlər?  Qarabağı Azərbaycanın ərazisi kimi tanımırlar? Lap yaxşı, o zaman  biz sərhədi keçib lazım olan yeni təpələrdə oturacayıq. Qərbi Zəngəzuru Şərqi Zəngəzurla birləşdirəcəyik”.

Politoloq, həmçinin əlavə edib ki, Ermənistan atdığı addımlarla özünə ziyan edir.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR