“Bəs, iki min manat alanların pensiyası niyə kəsilmir?” – Deputat izahat istədi

“Bəs, iki min manat alanların pensiyası niyə kəsilmir?” – Deputat izahat istədi
"Maraqlıdır,  görəsən, 1000 manatdan yuxarı pensiya alanların da pensiyası kəsilib?"

Sfera.az xəbər verir ki, bu sualla deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında çıxış edib. Deputat saxta yollarla pensiya alan şəxslərin təqaüdünün kəsilməsi məsələsindən danışıb:

"2018-2021-ci ilədək 218 minədək insanın pensiyası kəsilib. Rəqəmlərə baxanda görürük ki, adətən 200-300 manat alan şəxslərin pensiyası kəsilib. Maraqlıdır, 1000, 2000 manatdan yuxarı pensiya alanların da pensiyası kəsilib, ya necə? Mən demirəm ki, kiminsə pensiyası kəsilsin, lakin bu sualın cavabı mənə maraqlıdır".

Deputat yeni  iş yerlərinin açılmasının zəruriliyindən də bəhs edib:

"Hökumət iş yeri yaratmalı, sərmayə yatırmalı deyil. Bunu iş adamları etməlidir. Ona da şərait yaratmaq lazımdır ki, qanun çərçivəsində ürəyi istəyən qədər pul qazansın. İş adamına "iş yeri yarat” demək də məntiqli deyil. İş yeri yaratmağa yönəlik tənzimləmə qurmaq, o şəraiti yaratmaq dövlətin işidir. İş adamına pul qazanmaq imkanı yaratmaq lazımdır. O zaman iş adamı on minlərlə iş yeri yaradacaq. O iş yerini ona görə yaratmayacaq ki, xalqa yazığı gələcək və ya hökumətə kömək etmək istəyəcək. Yox, sadəcə o pulunu çoxaltmaq, sandıqları doldurmaq istəyəcək. Bu isə onun haqqıdır. Daha çox qazanacaq, daha çox iş yeri yaradacaq. Daha çox vergi və rüsum ödəyəcək. İş adamlarının daha çox qazanmasına qısqanclıq etmək olmaz"
 
Əzizə
 

OXŞAR XƏBƏRLƏR