"Onu Azərbaycana təhvil versəniz, Rusiya səfirliyini partladacağıq..." - Avagyandan təhdid
Gündəm
13:18 / 13.11.2021
3574
Ümumerməni Sasna Tsrer Partiyasının radikal qanadının nümayəndəsi Vahagn Avagyan bildirib ki, bu gün Şuşa yaxınlığında azərbaycanlı hərbçilərə və Rusiya sülhməramlılarına qumbara ataraq rusiyalılar tərəfindən saxlanılan terrorçu Rusiya tərəfindən Azərbaycana təhvil verildiyi təqdirdə Rusiyaya qarşı hücumlar təşkil edəcəklər.
"Telegram”dakı erməni kanalları xəbər verir ki, V.Avagyana görə, "Rusiya terrorçu Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Rusiya qoşunları və səfirliklərinə tərəf atılacaq”.
"Telegram”dakı erməni kanalları xəbər verir ki, V.Avagyana görə, "Rusiya terrorçu Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Rusiya qoşunları və səfirliklərinə tərəf atılacaq”.
Ümumiyyətlə, Ermənistanda terrorçuların nəinki sərbəst dolaşdığını, hətta az qala "milli qəhrəman” adına layiq görüldüyünü nəzərə alaraq Rusiya hökuməti "strateji müttəfiq”ləri tərəfindən gələn bu kimi siqnallara ciddi yanaşmalıdır.
Xatırladaq ki, bu partiyanın üzvləri 2016-cı ildə Yerevanda girov götürərək xeyli səs-küy salmışdılar. Həmin terrorçular məhkəmə tərəfindən girov götürmək, girovları öldürmək, qanunsuz silah gəzdirmək və oğurlamaq maddələri ilə təqsirli biliniblər.
report.az