Ordumuz Şuşadan sonra Xankəndiyə niyə daxil olmadı? – SƏBƏBLƏR

Ordumuz Şuşadan sonra Xankəndiyə niyə daxil olmadı? – SƏBƏBLƏR
"44 günlük müharibə ilə bağlı Azərbaycanda ən çox səslənən suallardan biri budur: Azərbaycan ordusu Şuşanı azad edəndən sonra Xankəndiyə niyə daxil olmadı və rəsmi Bakı rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsinə niyə razılaşdı?”.
 
Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Azərbaycan ordusu Şuşanı azad etdikdən sonra Xankəndiyə daxil olsaydı, beynəlxalq birlik Azərbaycanı etnik təmizləmədə ittiham edə bilərdi:

"Ölkəmizə qarşı təzyiqlər artacaqdı. Digər tərəfdən qış ayları yaxınlaşdığına görə, işğaldakı rayonları ordumuzda itki vermədən danışıqlar yolu ilə azad edilməsi vacib idi və buna nail olundu. Bunun qarşılığında mümkün variant kimi ermənilər yaşayan bölgələrdə rusiyalı hərbçilərin müvəqqəti yerləşidirilməsinə razılıq verildi. 

Azərbaycan ordusu yalnız Dağlıq Qarabağın ətrafını – 7 rayonu deyil, Hadrut və Şuşanı azad edib və bu daha böyük uğurdur. Ordumuz həm Dağlıq Qarabağın ətrafını azad etdi, həm də Dağlıq Qarabağın içərisinə daxil oldu”.

E.Şahinoğlu Qarabağla bağlı görüləcək işlərin qaldığını da əlavə edib:

"Rusiyalı hərbçilərin 4 ildən sonra Qarabağı tərk etməsi, yerdə qalan separatçıların tərksilah olunması, Qarabağdakı ermənilərin Azərbaycan qanunlarına tabe olması və Laçın dəhlizinin nəzarətə götürülməsi kimi hədəflərimiz var”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qaz limitinin artırılması ilə bağlı təklif!

Naxçıvan Muxtar Respublikasında əhaliyə verilən təbii qazın limiti artırılmalıdır.   Sfera.az xəbər verir ki, belə bir təkliflə deputat Siyavuş Novru...

İllərlə xizək itlərini öldürdüklərinə görə polisdən təzminat alacaqlar

Kanadalı eskimoslar illərlə inuit xizək itlərini öldürdüklərinə görə polisdən təzminat alacaqlar.   Sfera.az bildirir ki, Kanadanın yerli hakimiyyət or...

Leyla Əliyeva və Arzu Əliyeva Memarlar İttifaqını ziyarət etdilər -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva, həmçinin Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva Azərbaycan Me...

Putin "Şimal-Cənub" dəhlizinə xüsusi nümayəndə təyin edib

Rusiya Prezidenti Vladimir Putin baş nazirin müavini Vitali Savelevi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə prezidentin xüsusi ...

Heç vaxt belə olmamışdı: İki nazirimiz gecə 4-də…

Bakıda keçirilən COP29-un əvvəlki COP-lardan fərqi nə oldu və nə ilə yadda qaldı?   Sfera.az bununla bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osma...

Bakı-Qazax yolunda zəncirvari qəza: yaralılar var

Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.   Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunda Padar kəndi ərazisindən keçən hiss...