İlham Əliyev Paşinyanla telefonla danışıb? – Ərdoğandan sensasion AÇIQLAMA
Gündəm
13:05 / 02.11.2021
1599
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, guya Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə söhbəti olub.
Söhbət zamanı regionda "altılıq” platformasının yaradılması məsələsi qaldırılıb.
Sfera.az xəbər verir ki, Ərdoğan bunu G20 sammitindən Romadan qayıdarkən deyib.
Bu barədə "ermenihaber” məlumat yayıb.
"Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və onların yanında Ermənistan razılaşarsa, həqiqətən də sülh platforması yaradacağıq”, - deyə Ərdoğan bildirib.
Fransa prezidenti Emanuel Makronla görüşdən danışan Ərdoğan qeyd edib ki, bir sıra məsələlər, o cümlədən Cənubi Qafqazla bağlı müzakirələr aparılıb. O, regionda müsbət addımların atıldığını və İlham Əliyevin bu müsbət addımları davam etdirmək əzmində olduğunu deyib.
(bizim.media)