Ermənistan Qarabağa milyardlarla dram vəsait ayrımaqla nəyi hədəfləyir? - "Azərbaycan antiterror əməliyyatına başlamalıdır"

Ermənistan Qarabağa milyardlarla dram vəsait ayrımaqla nəyi hədəfləyir? -
Ermənistan hökuməti noyabr ayı üçün sülhməramlıların nəzarəti altında olan ərazilərdə əmək haqları, pensiya, elektrik enerjisi, qaz və rabitə xidməti xərclərini qarşılamaq məqsədilə bölgəyə 13,575 milyard dram (28,4 milyon dollar) vəsait ayırıb. Hətta məlumata görə, Ermənistan dövlət büdcəsindən gələn il üçün Qarabağa 300 milyon dollardan artıq vəsaitin ayrılması gözlənilir. 
 
Onların bu addımı nəyə hesablanıb? Ermənilər hələ də ümidlə yaşayır?

Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, Ermənistan dövləti o vəsaiti ünvanlı ayırıb – fiziki şəxslərə yox, hər hansı bir quruma:

"Bu qurumun da adı onların qəbul etdiyi kimi "Artsax”dır. Həmin cinayətkar qurum 1991-ci ilin sentyabrından Azərbaycan dövlətinin ərazisində yaradılıb. Ermənistan 30 il ərzində qurumu qoruyur, hər cəhətdən təmin edir. Artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənilərin yaratdığı qurum ərazilərimizdə bu gün qeyri-qanuni separatçı, cinayətkar, terrorçu qurum kimi hələlik rus sülhməramlılarının hesabına mövcudluğunu saxlayır. Əgər Ermənistan dövləti Azərbaycanla sülh sazişindən, əməkdaşlıqdan, qonşuluqdan, kommunikasiya xətlərinin açılmasından, əlaqələrin yaranmasından danışırsa, bu pul ayırmaları ilə yenidən ərazi bütövlüyümüzə qarşı hörmətsizlik edir, qanunlarımızı pozur. Bir tərəfdən Azərbaycana sülh sazişinə razılaşmaya getdiklərini bəyan edirlər, digər tərəfdən Azərbaycan ərazisindəki cinayətkar separatçı quruma hərbi cəhətdən köməklik edir, bütün təminatları göndərir, indi də büdcəsindən pul ayırır”.

Müsahibimiz qeyd edib ki,  separatçıların dəstəklənməsi bizim təhlükəsizliyimizə, dövlətçiliyimizə birbaşa təhdid və təhlükədir:

"Belə olan halda, hansı sülhdən, razılaşmadan danışmaq olar? Nə qədər ki, separatçı qurum bizim daxilimizdə var, dövlətçiliyimizə qarşı təhlükə mənbəyi olaraq da qalacaq. Maraqlısı budur ki, pullar necə gətiriləcək? Təbii ki, rus sülhməramlılarının köməkliyi ilə. Rusların xətrinə dəyməsin, amma belə çıxır ki, "dostuq” deyə-deyə ərazimizdə yerləşən sülhməramlı kontingenti də separatçıları müdafiə edir, Ermənistanla birlikdə onların yaşaması, fəaliyyəti üçün şərait yaradır. Burada gizlədiləsi bir şey yoxdur, mən də yeni bir şey demirəm. Rus sülhməramlıları elə Ermənistan qədər separatçıların ərazimizdə qalmasına çalışırlar. 

Azərbaycan isə mütləq  öz ərazisini separatçılardan, cinayətkar qurumdan və ona aid nə varsa onlardan təmizləmək məcburiyyətində qalmalıdır və bu addımı atmalıdır. Bunun adı müharibə deyil, müharibə bitib. Bunun adı ərazimizdə olan qeyri-qanuni separatçı qurumu və silahlı qruplaşmaları məhv etmək, ərazimizi cinayətkarlardan təmizləmək üçün keçiriləcək antiterror əməliyyatıdır. Elə şimal qonşumuz Rusiyanı götürək. Bu ölkə Şimali Qafqazda, öz ərazisində uzun illərdir separatçı quruma qarşı antiterror əməliyyatı keçirdiklərini deyir. Bizə niyə rəva görmürlər? "Onlarla işiniz olmasın” deyirlər? Biz qəbulolunmaz faktın qarşısını almaq üçün mütləq ərazilərimizi separatçılardan və cinayətkarlardan təmizləməliyik. Ermənistan onları yığıb ya elə Ermənistana aparsın, ya da Rusiyaya – orda respublika da yaratsınlar, pul da versinlər, nə istəyirlər etsinlər, təki bizim ərazimizdən təmizlənsinlər Bu, bizim hüququmuzdur və bunu edəcəyik”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Təyyarə qəzası: Ekipaj heç bir problem və ya nasazlıq barədə məlumat verməyib

Bu gün səhər saatlarında DHL çatdırılma xidmətinin “Boeing 737” təyyarəsi Litvanın paytaxtı yaxınlığında qəzaya uğrayaraq ikimərtəbəli yaşayış binas...

İbrahim Tatlısəsdən pis xəbər: yerimək qabiliyyətini itirdi

Türkiyənin 72 yaşlı məşhur müğənnisi İbrahim Tatlısəs yerimək qabiliyyətini itirdiyi üçün yenidən həkimlərə müraciət etmək məcburiyyətində qalıb.   S...

COP29 məkanları belə idarə edilirdi - VİDEO

Bakıda noyabrın 11-22 tarixlərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi...

İlham Əliyev Trampa ZƏNG ETDİ

Azərbaycan Respublikasının Prezident İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.   Sfera.az xəbər v...

73 yaşlı kişi təyyarədə 4 qadına təcavüz edib - 3 ilədək həbs oluna bilər...

Sinqapur Hava Yollarının yaşlı sərnişini uçuş zamanı 4 qadına cinsi təcavüz edib.   Sfera.az xəbər verir ki, hadisənin təfərrüatlarını "The New Pa...

Tiktoker qızdan şok: kişini tapıb ayağını öpdürdü

Azərbaycanda daha bir tiktoker qiyabi həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.   Belə ki...