Logo

Yollarda COVİD-19 pasportunun yoxlanması üçün postlar qurulacaq? – DİN-dən AÇIQLAMA

Yollarda COVİD-19 pasportunun yoxlanması üçün postlar qurulacaq? – DİN-dən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gündən rayonlara gedən sərnişinlərdən koronavirusa qarşı vaksinin ikinci dozası tələb olunur.

Maraqlıdır, yoxlanış prosesi hansı şəkildə həyata keçiriləcək? Yollarda yeni yoxlanış postlarının qurulması gözlənilirmi?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev yollarda yeni postların qurulacağı haqda iddialara aydınlıq gətirib:

"Yollarda yoxlanış məqsədilə əlavə postların qurulması nəzərdə tutulmur. Bu gündən etibarən əvvəlki qaydaya uyğun olaraq stasionar postlarda  xidmətə cəlb olunan əməkdaşlarımız tərəfindən normaların həyata keçirilməsinə nəzarət olunacaq. Vaksin pasportunun olub-olmaması ilə bağlı nəzarət bu gündən etibarən təmin olunur”.

Qeyd edək ki, rayonlara gedən sərnişinlərdən vaksin pasportu Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 24-də qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilir.

Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən COVID-19-a qarşı ikinci doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR