Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması realdır? – Deputatdan açıqlama

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması realdır? – Deputatdan açıqlama
Qarabağdakı rus sülhməramlılarının fəaliyyətindən narazılıq artmaqdadır. Son baş verən hadisələr isə, xüsusilə Rusiyanın Ermənistanı silahlandırması onların sülhməramlı qüvvə statusunda iştirakını birmənalı şəkildə şübhə altına qoyub. Bu isə Azərbaycanda "Rusiya sülhməramlıları ərazilərimizdən çıxsın” tələbinin tərəfdarlarını durmadan artırır.
 
Maraqlıdır, hadisələrin belə bir inkişaf perspektivi nə dərəcədə realdır?
 
Milli Məclisin deputatı Naqif Həmzəyev Sfera.az-a açıqlamasında deyib ki, istənilən vaxt tərəflərdən birinin – xüsusilə də Azərbaycan tərəfinin istəyi ilə Rusiya sülhməramlıları Qarabağ ərazisindən çıxarıla bilər:

"Hazırda müəyyən narazılıqlar, nöqsanlar nəzərə çarpsa da, unutmamalıyıq ki, bütün proses Azərbaycan ordusunun və dövlətinin tam nəzarətindədir. Rusiyanın Ermənistanı yenidən silahlandırması faktdır, amma Azərbaycan öz gücünü qoruyub saxlayır, hərbi potensialını artırır və regionda söz sahibi, diktə edən tərəf ölkəmizdir. Ərazilərimizdə sülhməramlıların fəaliyyətini müəyyən dərəcədə hansısa müddətə qədər biz də istəyirik. Ancaq faktiki olaraq, biz işğaldan azad edilmiş ərazilərdə möhkəmləndikdən, öz sərhədlərimizi tam müəyyənləşdirdikdən sonra artıq istənilən vaxt rus sülhməramlılarının ərazidən çıxarılması tələbi ilə çıxış edə bilərik”.
 
Millət vəkili bildirib ki, prosesləri səbrlə izləməliyik:
 
"Bəzi nüanslar var ki, onları açıq-aşkar səsləndirmək olmur. Faktiki olaraq, ərazilərimizdə yaşayan erməni əsilli, yolunu azmış həmin insanlar onsuz da anlayırlar ki, onlara sülhməramlılardan heç bir fayda və xeyir ola bilməz. Onların tək yardım, ümid yolu Azərbaycan dövlətidir. Mediada izlədiyimiz xəbərlərdən də görünür ki, onlar işsiz qalıblar, su, işıq problemləri var. Onlar Qarabağda sürətli qayıdış infrastruktur layihələrinin icrasını izləyir və orada işləyib evlərinə bir parça çörək aparmaq istəyirlər. Yəni, proses getdikcə daha da aktual olacaq və ermənilər ötən müddət ərzində nə qədər səhvə yol verdiklərini, separatçılara aldandıqlarını yaxşı anlayacaqlar”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həkmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki,...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...

Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv...