“Deyək ki, qəza etdin və avtomobilə zərər dəydi...” – Qəzadan qazanclı çıxmağın yolları

Gündəm
12:37 / 27.08.2021
1646
"Azərbaycanda
insanların ən böyük problemlərindən biri də odur ki, heç vaxt müqaviləni, onun
şərtlərini oxumur, detalları aydınlaşdırmır və ucuz qiymət arxasınca qaçır.
İcbari sığorta bir növ olsa da, sığorta şirkətləri kaskonun çox növlərini təklif edir”.
Sfera.az
bildirir ki, bunu "Avtoqraf” jurnalının təsisçisi, avtomobil mütəxəssisi
Ramin Musayev deyib. Onun sözlərinə görə, insanlar heç zaman qəzaya düşməcəyini
düşünür:
""Allah
Kərimdir, hər şey yaxşı olacaq!" deyib yaşayırıq. Deyək ki, qəza etdin və
avtomobilə zərər dəydi. Gözəyarı təmir dəyəri 5-6 min manat olsa da, servisə
gedəndə məlum olur ki, çox hissələr sınıb və məbləğ 2 dəfə yüksək olacaq. İndi
gəl, təmirə 10-12 min ver. Kasko varsa,
məsələ həll olunur - ödəniş alıb, rahat təmir edəcəksən. Amma onun üçün müəyyən
sənədlər təqdim olunmalıdır. Ən əsası isə DYP-dən protokol. Bunu hər kəs bilməlidir,
qanunvericiliklə belə olmalıdır”.
R.Musayev
qeyd edib ki, bəzi şəxslər kasko alana qədər müəyyən əziyyətlərdən keçdiklərini
deyirlər:
Günay Rəsulqızı