Logo

Sənədsiz evlərə “kupça”ların verilməsi niyə yubanır? - Açıqlama

Sənədsiz evlərə “kupça”ların verilməsi niyə yubanır? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ola bilsin, maliyyə cəhətdən problemi çözməyə hazır deyillər. Çünki məsələnin həlli üçün bir neçə milyard manata ehtiyac var”.

Bu sözləri Sfera.az-a açıqlamasında sənədsiz evlərə "kupça” verilməsi məsələsinin yubanmasına münasibət bildirərkən, daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib:

"Resurslar olmadığından hələlik gözləmə mövqeyi tutublar. Bilirik ki, bu gün əsas resurslar işğaldan azad olunmuş ərazilərimizin bərpasına yönəlib. Ona görə də bir sıra digər məsələlər kimi, yəqin ki, sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi də arxa plana keçirilib. Digər tərəfdən, ola bilsin, hökumət risk amilindən ehtiyatlandığından hələlik gözləmə mövqeyi tutaraq problemin həlli yollarını araşdırırlar”.

Bütün hallarda həmsöhbətimiz sənədsiz evlərlə bağlı problemin hələ uzun müddət davam edəcəyini də düşünmür: "Yəqin ki, məsələ 3-5 ilə həll olunacaq”.

Elçin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR