Vladimir Jirinovskiyə cinayət işi açılmalıdır - “Gör, Rusiya nə günə qalıb ki…”

Gündəm
11:33 / 13.08.2021
1261
Məlum olduğu kimi, Rusiya Daxili İşlər Nazirliyinin Azərbaycanın sabiq səfiri İsfəndiyar
Vahabzadənin Rusiya ərazisinə girişinə 50 il müddətinə
qadağa qoyub.
Xatırladaq ki, İsfəndiyar Vahabzadə müsahibəsində
rus xalqı barədə qeyri etik ifadələr işlədib.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən
politoloq Cümşüd Nuriyev Azərbaycan xalqı və dövlətini dəfələrlə təhqir etmiş
Rusiya Dövlər Dumasının üzvü Vladimir Jirinovskinin persona non-qrata elan
edilməsini təklif edərək, ona cinayət işinin açılmasını təklif edib:
"Jirinovski ölkəmizdə persona
non-qrata elan edilməlidir. Azərbaycan heç zaman onu qəbul etməsin. Jirinovski
Azərbaycan dövləti, xalqı və Prezidentini təhqir etdiyindın nəinki ölkəmizə gəlişinə
qadağa qoyulmalı, hətta ona cinayət işi qaldırılmalıdır. Necə olur ki, bir Azərbaycan
vətəndaşı ruslarla bağlı fikri söyləyən kimi bütün Rusiya çalxalanır, əl-ayağa düşür.
Biz niyə danışmırıq?”
Rüfət SULTAN