Logo

ABŞ İbrahim Rəisinin adını siyahıdan çıxaracaqmı? – “Bu, bazarlıq predmeti olacaq”

ABŞ İbrahim Rəisinin adını siyahıdan çıxaracaqmı? – “Bu, bazarlıq predmeti olacaq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın yeni prezidenti İbrahim Rəisinin adı 2019-cu ildən bəri ABŞ-ın sanksiyalar siyahısında yer alır. Bu isə öz növbəsində rəsmi İranı narahat etməkdədir.

Maraqlıdır, bir ölkə prezidentinə qarşı tətbiq olunmuş sanksiya gələcək əlaqələrə nə vəd edir? Sanksiyanın aradan qaldırılması hansı hallarda mümkündür?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri ABŞ-ın İbrahim Rəisiyə qarşı tətbiq etdiyi sanksiyanın təzyiq mexanizmi kimi düşünüldüyünü deyir:

"Bir çox məsələlərin müzakirəsində yəqin, bu, bazarlıq predmeti olacaq. Burada da söhbət birtərəfli güzəştlərdən gedir. Əgər güzəştlər olacaqsa, xüsusilə nüvə məsələsi ilə bağlı ABŞ-İran arasında anlaşma olarsa, sanksiya da aradan qaldırılacaq. Nüvə anlaşması isə bu gün İranın maraqları çərçivəsindədir. Çünki mövcud sanksiyalar İran iqtisadiyyatını çökdürür. Belə olan halda isə İbrahim Rəisi yeni seçilmiş prezident olaraq bu cür sanksiyalar çərçivəsində fəaliyyət göstərmək istəməz.

Buna görə mütləq mənada ABŞ-la razılaşma əldə etməyə ehtiyac var. Yaxın zamanlarda vəziyyətin düzəlməsi, nüvə sazişinin imzalanması gözlənilir. Bu isə özlüyündə Rəisiyə tətbiq edilən sanksiyaların aradan qaldırılması deməkdir".

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR