Azərbaycanda “Aİ-95” markalı benzin niyə bahalaşdı? - SƏBƏB BU OLUB

Azərbaycanda “Aİ-95” markalı benzin niyə bahalaşdı? -  SƏBƏB BU OLUB
"Aİ-95” premium markalı benzinin Azərbaycana idxal qiymətinin artması ilə əlaqədar olaraq bu gün səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində 1,40 manata satılan benzin 1,45 manata satılmağa başlanılıb.

Bunu Sfera.az-a açıqlamasında "SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, buna səbəb bu marka benzinin istehsalçı ölkədə bahalaşmasıdır.

Qeyd edək ki, Azərbaycan "Aİ-95” premium markalı benzini əsasən Rumıniyadan idxal edir: "Digər yanacaqlar markalarının satışı köhnə qiymətlərlə davam etdirilir”.

Xatırladaq ki, sonuncu dəfə "Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1,40 manat olmuşdu.


OXŞAR XƏBƏRLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...