Əliyevlə Putinin telefon danışığında hansı mövzular müzakirə edilib? - AÇIQLAMA

Əliyevlə Putinin telefon danışığında hansı mövzular müzakirə edilib? - AÇIQLAMA
"Tərəflər arasındakı telefon danışığının zamanına və müzakirə edilmiş məsələlərə baxanda bəzi proseslər haqda müəyyən təsəvvür yarada bilir”.

Sfera.az bildirir ki, bunu politoloq Samir Hümbətov Rusiya prezidenti Putin və ölkə başçısı İlham Əliyev arasında baş tutan telefon danışığına münasibət bildirərkən deyib.
 
Politoloq qeyd edib ki, dünyada və regionda son baş verən proseslərin Rusiya üçün ürəkaçan vəziyyət yaratmadığını Putin də anlayır: "Ona görə də mümkün qədər Cənubi Qafqazda mövcudluğunu gücləndirməyə deyil, qorumağa çalışır. Rusiya yaxşı başa düşür ki, artıq postsovet məkanında dominantlıq etmək çətindir. Onun qarşısında NATO-da gücünə görə II yerdə dayanan Türkiyə var. 12 iyunda Ermənistanın 15 terrorçu qarşılığında Ağdamda basdırdığı 97 min tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycana Gürcüstan vasitəsi ilə təhvil verməsi isə Rusiya üçün ciddi zərbə oldu. İndi Rusiya Türkiyənin regionda varlığına mane ola bilməsə də, öz varlığını qorumağa çalışır”.

Siyasi şərhçi Asif Nərimanlı isə deyib ki, təmaslarda iki gündəm var: "Kommunikasiyanın bərpası üzrə İşçi Qrupunun işinin fəaliyyəti və üçtərəfli razılaşmaların praktiki icrası. Birinci gündəm Bakı ilə yanaşı, Rusiyanın da marağındadır. Laçın-Gorus sərhədində gərginlik yarandıqdan sonra Ermənistan üçtərəfli İşçi Qrupunun işini birtərəfli qaydada dayandırmış və "sərhəd problemi” həll edilmədən qərarını dəyişdirməyəcəyini açıqlamışdı. Seçkidən sonra Kəlbəcər istiqamətində sərhədin Ermənistan tərəfinə Rusiya hərbçilərinin yerləşdiriləcəyi xəbərləri yayıldı, erməni rəsmilər də məlumatları təsdiqlədi. Bu informasiyanın yayılmasından bir gün sonra Əliyevlə Putinin telefon söhbətində üç məsələnin müzakirəsi mümkündür.

Birincisi, üçtərəfli formatda İşçi Qrupunun bərpası (bu rəsmi məlumatda da əksini tapır):kommunikasiyanın bərpası işində bu vacibdir. İkincisi, sərhədlərin demarkasiyası prosesinin davam etdirilməsi və Rusiya hərbçilərinin yerləşəcəyi mövqelər. Üçüncüsü isə, sərhədlərin müəyyənləşməsi ilə bağlı yeni müqavilənin imzalanması”.

A.Nərimanlı bildirib ki, xarici işlər nazirlərinin müzakirəsindən sonra liderlərin telefon söhbəti İşçi Qrupu məsələsində yekun qərarın olduğu və sərhəd müqaviləsinin gündəmə daxil edildiyi fikrini önə çıxarır:

"İkinci gündəm Bakının istəklərini əks etdirir. Üçtərəfli razılaşmaların praktiki icrasında Azərbaycan üçün əsas məqamlardan biri 10 noyabr razılaşmasının 4-cü bəndidir: erməni qoşunların Qarabağdan çıxarılması. Digər bəndlər bu və ya digər formada icra edilir, o cümlədən, Bakı üçün vacib məsələlərdən olan Zəngəzur dəhlizinin inşası davam edir. 4-cü bəndin icra edilməməsi Rusiyanın marağında olmaqla yanaşı, Paşinyanın seçkidən öncə buna getmək istəməməsindən də qaynaqlanırdı. Lakin Ərdoğanın səfəri və Şuşa Bəyannaməsi ilə mövqelərini gücləndirən Bakının Ermənistandakı seçkilərdən sonra bu məsələ üzərində israrı gözlənilən idi. İstisna deyil ki, Əliyevlə Putinin telefon danışığında "üçtərəfli razılaşmaların icrasının praktiki aspektləri”ndə erməni qoşunlarının çıxarılması prioritetlərdən biri olub. Zəngin məhz Əliyev tərəfindən edilməsi də bu ehtimalı gücləndirən məqamlardandır”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...