Logo

Azərbaycanlılar səyahət üçün hansı ölkələri seçir? – Bəs, əcnəbilər bizim hansı şəhərlərimizə üstünlük verir...

Azərbaycanlılar səyahət üçün hansı ölkələri seçir? – Bəs, əcnəbilər bizim hansı şəhərlərimizə üstünlük verir...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yay aylarına yaxınlaşdıqca turizm mövsümü də canlanır. Artıq bir çox vətəndaşlarımız bu yay hansı ölkədə dincələcəklərini də dəqiqləşdiriblər.

Maraqlıdır, bəs dincəlmək üçün Azərbaycanı seçən əcnəbilər arasında hansı ölkənin vətəndaşları çoxluq təşkil edir?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Ərəb və Avropa ölkələrindən ölkəmizə böyük maraq olduğunu bildirib. Ekspert səyahət üçün daha çox seçilən şəhərlərimizin adını da açıqlayıb:

"Məlum olduğu kimi, karantin səbəbilə turistlər ölkəmizə gəlməkdə çətinlik çəkir. Bununla belə səyahət üçün ölkəmizi seçən və Azərbaycana gəlmək istəyən turistlərin sayı çoxdur. Daha çox Ərəb və Avropa ölkələridən olan turistlər Azərbaycana gəlmək istəyində olur.

Aprel ayında Dubayda ilk böyük sərgi təşkil edilib və Azərbaycan öz stendini canlı olaraq orada nümayiş etdirib. Biz onda gördük ki, Ərəb ölkələrindən olan vətəndaşlar Azərbaycana daha çox maraq göstərir. Turistlərin səyahət etmək istədikləri istiqamətlər isə Bakı, Qəbələ, Şəki və Qaxdır. Əcnəbilər Qarabağ bölgəsinə indi daha çox maraq göstərir. Lakin hələ ki, bu istiqamətdə biz onların səfərlərini təşkil edə bilmirik. Çünki işğaldan azad olunnmuş ərazilərdə lazımi infrsatruktur qurulmalıdır".

Ekspert azərbaycanlı turistlərin yay mövsümü üçün Türkiyəyə axın etdiyini qeyd söyləyib: "Azərbaycan vətəndaşlarının getmək istədikləri ölkələr sırasında həmişə olduğu kimi Türkiyə liderdir. Bildiyiniz kimi Türkiyə ilə sərhədlərin açıq olması da buna imkan verir. Türkiyə üzrə vətəndaşlarımızın ən çox getdiyi şəhərlər isə Antalya və Bodrum istiqamətindədir. Bundan başqa Rusiya və Ukraynaya səyahət etmək istəyən vətəndaşlarımızın da sayında artım var".

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR