Logo

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Qarabağdakı vəziyyəti müzakirə etdi - YENİLƏNİB

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Qarabağdakı vəziyyəti müzakirə etdi - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun telefon danışığına dair məlumat yayıb.

Nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə etdilər.

Telefon danışığı zamanı tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Fələstində baş verənlər ilə bağlı fikir mübadiləsi apardılar.

*** 12:42

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Sfera.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Telefon danışığı zamanı Qarabağdakı son proseslər müzakirə olunub. Nazirlər eyni zamanda, Fələstindəki hazırkı durumla bağlı fikir mübadiləsi aparıblar.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR