Logo

Hüseynbala Mirələmovun videosu ilə bağlı YAP-DAN AÇIQLAMA

Hüseynbala Mirələmovun videosu ilə bağlı YAP-DAN AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Unikal.org-a bildirib ki, Hüseynbala Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcək:

"Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir.

Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır."

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR