“İsgəndər-M” qalmaqalı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməliyik” – Qabil Hüseynli
"Böyük dağıdıcı gücə və 500 km. məsafəni vurmaq qabiliyyətinə malik raketdən atəş açıblar və ona da ölkənin siyasi rəhbərliyi səviyyəsində icazə verilib. Amma indi deyirlər ki, raketlərin buraxılmasını müəyyən etməyiblər. Gözlərinin içinə qədər yalan danışırlar”.
Bu sözləri Sfera.az-a açıqlamasında müharibə dövründə Azərbaycan ərazisinə "İsgəndər-M” raketlərinin atılması və faktın təsdiqlənməsinə rəğmən Rusiya Müdafiə Nazirliyinin Azərbaycan tərəfinə cavab məktubunda olayı inkar etməsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib:
"Necə yəni, müəyyən etməyiblər? "İsgəndər-M” atəş açanda kosmosdan onun şəklini çəkiblər. Axı, Moskva iddia edirdi ki, onun şifrələri ölkənin siyasi rəhbərliyində olur. Yalnız siyasi rəhbərlik icazə verdikdən sonra atəş açırlar”.
Q.Hüseyni hesab edir ki, baş vermiş olayın hərtərəfli araşdırılması məqsədilə beynəlxalq təşkilatlara müraciət etməliyik: "Təəssüf ki, bəzi dövlətlər Azərbaycanı kiçik görərək, ölkəmizə yuxarıdan aşağı baxırlar”.Elçin






