Logo

“Nəcməddin Sadıkov Dubaydadırsa, demək, ölkədən çıxışına icazə verilib” – Polkovnikdən açıqlama

“Nəcməddin Sadıkov Dubaydadırsa, demək, ölkədən çıxışına icazə verilib” – Polkovnikdən açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Silahlı Qüvvələrimizin Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıkovun Dubayda istirahət etməsi ilə bağlı yayılan görüntülərdə qeyri-adi heç nə yoxdur.

Sfera.az xəbər verir ki, bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov general-polkovnik Nəcməddin Sadıkovun Dubayda istirahət etməsi ilə bağlı yayılan görüntülər haqda danışarkən deyib.

"General-polkovnik” rütbəsi daşıyan və uzun illər Baş Qərargaha rəhbərlik edən şəxsin hərbi sirləri özündə daşıdığını təsdiqləyən polkovnik bu statusda olan insanların ölkədən çıxışının nəzarətdən kənar olmadığını qeyd edib:

"Nəcməddin Sadıkov bu gün Dubaydadırsa, demək, ona ölkədən çıxmaq üçün icazə verilib. Buna görə də mən burada qeyri-adi nəsə bir şey görmürəm”.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR