Logo

“Biz həqiqi liderlə ümummilli problemlərimizin həll edildiyini görürük...” - Açıqlama

“Biz həqiqi liderlə ümummilli problemlərimizin həll edildiyini görürük...” - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ölkə başçısı vaxtaşırı işğaldan azad olunmuş ərazilərə səfər edir. Dövlət başçısı bir tərəfdən həmin ərazilərin işğaldan azad edildikdən sonra nə vəziyyətdə olmasını dünya ictimaiyyətinə əyani olaraq çatdırır, Ermənistan işğalının ilk növbədə insanlığa sığmayan, mədəniyyəti tapdalayan bir davranış olduğunu göstərir. Digər tərəfdən isə prezident orada görülən işlərə birbaşa nəzarət edir, tövsiyələrini verir, plana düzəlişlər edilir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə prezidentin Füzuli, Xocavənd, Şuşa səfərindən danışarkən bildirib. Millət vəkili qeyd edib ki, bununla da Azərbaycan öz vətəndaşlarının tezliklə işğaldan azad olunmuş torpaqlara qayıdışını təmin edir:

"Həmçinin ölkə başçısının oradakı çıxışları dünyaya mesajdır. Bu, Azərbaycanın öz torpaqlarına suveren hüququnun olduğunun və bundan heç zaman əl çəkməcəyinin çağırışıdır. İkincisi, Ermənistanda revanşist qüvvələrə özünün kəskin cavabını bildirir ki, kimlərsə yenidən Azərbaycan torpaqlarına iddia etməsin. Həmçinin Azərbaycanın bu hissəsi ilə Naxçıvan arasında yaranacaq Zəngəzur dəhlizinin yaradılmasına da kimsə maneçilik törətmək fikrinə düşməsin. Bu, üç dövlət rəhbərinin imzaladığı bir sənəddir. Burada Azərbaycan heç bir dövlətin ərazisinə iddia etmədən öz hüquqlarını yerinə yetirilməsini tələb edir. Hesab edirəm ki, cənab prezidentin səfərləri hər bir azərbaycanlının qürur mənbəyinə çevrilir. Biz həqiqi liderlə ümummilli problemlərimizin həll edildiyini, müstəqil, nüfuzlu dövlət qurulduğunu və belə bir ölkənin vətəndaşı olduğumuzla qürur duyuruq”.

Milli Məclisin deputatı Vüqar Bayramov isə bildirib ki, Prezident İlham Əliyevin əsasını qoyduğu Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu region üçün strateji əhəmiyyət daşıyacaq:

"Əvvəla, bu yol başlanğıcını Azərbaycanın tarixi ərazisi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən, yəni Hadrut yaşayış məntəqəsindən götürəcək və işğaldan azad olunmuş digər bölgələri birləşdirəcək. Belə ki, dörd hərəkət zolaqlı yol Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndinədək uzanacaq.
 

Digər tərəfdən, yeni yol Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşəcək. Praktik olaraq Zəngəzur dəhlizi vasitəsi ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq.  Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Yol dəhliz vasitəsi ilə həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də işğaldan azad olunan ərazilərimizin və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 15-də Füzuli və Xocavənd rayonlarında, 16-da isə Şuşa şəhərində olublar.

Günay Rəsulqızı

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR