Həftə başlandı, yollar tıxandı
Gündəm
10:15 / 23.05.2016
1988
Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı, bəzi yerlərdə tıxac müşahidə olunub.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən paytaxtın Bakı-Sumqayıt şossesi, Azadlıq və Moskva prospektləri, Akademik Həsən Əliyev, Mikayıl Müşfiq, Abdulvahab Salamzadə, Cəfər Cabbarlı, Nəsibbəy Yusifbəyli, Səməd Vurğun, Şeyx Şamil, Cəfər Cabbarlı, Xudu Məmmədov, Fətəli Xan Xoyski, Ceyhunbəy Hacıbəyli küçələrində fasilələrlə nəqliyyatın nisbi sıxlığı müşahidə olunur.
Bunu nəzərə alaraq, deyilən istiqamətlərdə hərəkətdə olan sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.