Təyyarə dənizə düşdü - YENİLƏNİB - FOTO
Gündəm
10:14 / 19.05.2016
1774
09:29
Milli.Az bildirir ki, Misir ordusunun xüsusi təyinatlı qüvvələri Airbus 320-200 təyyarəsinin düşdüyü güman edilən yerdə axtarışlara başlayıblar.
-----------
09:21
Misirin "EgyptAir" aivaşirkəti Aralıq dənizi üzərində yoxa çıxmış Airbus A320-200 təyyarəsindəki sərnişinlərin və heyət üzvlərinin sayını dəqiqləşdirib.
1h
EGYPTAIR ✔ @EGYPTAIR
صرح مصدر مسئول بمصر للطيران أن عدد ركاب الطائرة الآيرباص A320 في رحلتها رقم MS804 القادمة من باريس إلى القاهرة هو 56 راكب.
Follow
EGYPTAIR ✔ @EGYPTAIR
من بينهم 1 طفل و 2 رضيع بالإضافة إلى عدد 3 أفراد أمن و 7 من أفراد الركب الطائر بإجمالي 66 شخص على متن الطائرة.
8:30 AM - 19 May 2016
239 239 Retweets 47 47 likes
Paris-Qahirə marşrutu ilə uçan MS804 reysli təyyarədə 56 sərnişin vardı. Onların biri azyaşlı, ikisi isə südəmər idi. Təyyarədə 7 nəfər heyət üzvü və 3 nəfər təhlükəsizlik xidmətinin əməkdaşı vardı. Beləliklə, ümumilikdə təyyarədə 66 nəfər olub.
Sərnişin təyyarəsinin Misirin hava sərhədlərində yoxa çıxdığı deyilir. Təyyarənin axtarışları üçün ölkənin bütün aviasiya xidmətlərinin rəhbərlərinin daxil olduğu qərargah yaradılıb. Misirin mülki aviasiya naziri Səudiyyə Ərəbistanına səfərini yarımçıq qoyaraq vətənə qayıdıb.
MI804 reysi ilə uçan "Airbus A320-200" təyyarəsi dünən Paris vaxtı ilə 23:09-da "Şarl de Qoll" hava limanından səmaya qalxmışdı. Misir bu təyyarəni 2003-cü ildə satın alıb.
----------
09:03
Radarlardan itmiş "EgyptAir" aviaşirkətinə məxsus təyyarə Aralıq dənizinə düşüb.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Mayədin" telekanalı aviaşirkətdə olan mənbələrinə istinadən məlumat verir.
Paris-Qahirə reysini həyata keçirən "EgyptAir" aviaşirkətinə məxsus təyyarə radar ekranlarından itib.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər heyət üzvləri daxil olmaqla 58 nəfər olub.
Təyyarə Şarl-de-Qol hava limanından Paris vaxtı ilə saat 23:09-da yola düşüb.
-----------
07:44
Paris-Qahirə reysini həyata keçirən "EgyptAir" aviaşirkətinə məxsus təyyarə radar ekranlarından itib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" məlumat verib.
"Airbus 320"-nin göyərtəsində heyət üzvləri də daxil olmaqla 58 nəfər olub. Son məlumatlara əsasən, pilotların son danışıqları Afina və yaxud Türkiyə hava məkanında olub. Heyət bundan sonra əlaqəyə girməyib.