Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi
Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.
Sfera.az report-a istinadən bildirir ki, vergilər naziri Fazil Məmmədovun əmri ilə vergi xidməti
müşaviri Elçin Bəylər oğlu Bəylərov Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə
Baş İdarəsinə yeni rəis təyin edilib.
Vergilər nazirinin digər əmrinə əsasən, Daxili təhlükəsizlik Baş İdarəsi və informasiya texnologiyaları
və proqram təminatı şöbəsinə birbaşa olaraq nazir nəzarət edəcək.
Nazir müavini Sahir Məmmədxanov Hüquq Baş İdarəsi, Maliyyə-təsərrüfat İdarəsi, İnsan resursları
İdarəsi və mühasibat uçotu şöbəsinə nəzarət edəcək.
Nazirin digər müavini Sahib ƏIəkbərovun nəzarətinə isə Nazirliyin Aparatı, Vergi ödəyicilərinə xidmətBaş İdarəsi və analitik-informasiya şöbəsi verlib.
F.Məmmədovun digər əmri ilə büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri təyin edilənHabil Məmmədov həm də Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş
İdarəsinin fəaliyyətini kuratorluq edəcək.
Nazirin beynəlxalq münasibətlər və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədova isəVergilər Nazirliyi Tədris Mərkəzinin fəaliyyətinin tənzimlənməsi tapşırılıb.