Sürücülərin nəzərinə: Hərəkət məhdudlaşdırılacaq, amma yol bağlanmayacaq
Gündəm
10:53 / 18.05.2016
1691
Xocahəsən avtomobil yolunda aparılan cari təmir işləri ilə əlaqədar bu gündən etibarən bir neçə gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Milli.Az xəbər verir ki, "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
A.Nəcəfli bir daha məxsusi qeyd edib ki, yolda hərəkət tam yox, yalnız qismən məhdudlaşdırılacaq: "Yolda asfalt-beton örtüyünün dağılmış hissələrinin bərpası işləri aparılır. Amma yol tam bağlanmayacaq. Sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələri tövsiyə olunur".