Təhqiqat Şöbəsini yol polisindən aldılar - YENİ TƏYİNAT - YENİLƏNİB

Təhqiqat Şöbəsini yol polisindən aldılar - YENİ TƏYİNAT - YENİLƏNİB

17:45

Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik baş verib. 

Sfera.az avtosfer.az-a istinadən məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsi DYP-dən ayrılıb. Şöbə bundan sonra Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olacaq. DYP-dən ayrılan şöbə bundan sonra DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi adlanacaq. Məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev təsdiqləyib.

----------

16:59

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsinə yeni baş müstəntiq təyin edilib.

Sfera.az lent.az-a istinadən bildirir ki, Xətai rayon Polis İdarəsi İstintaq Şöbəsinin rəisi Vüqar Əhədov BDYPİ-də baş müstəntiq vəzifəsinə təyin edilib.

Qeyd edək ki, BDYPİ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Hikmət Kərimov mayın 3-də sərəncama göndərilib. Afn.az saytında H.Kərimovun bir vaxtlar mühacir həyatı yaşaması barədə məlumat yayıldıqdan sonra onun barəsində xidməti araşdırmanın aparıldığı bildirilir. 


OXŞAR XƏBƏRLƏR

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...

Qəbiristanlıqda 14 yaşlı qıza əxlaqsızlıq edənə- 4 il 3 ay həbs!

Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.     Sfera.az xəbər verir ki, ...