Logo

Bu küçələrdə "tısbağa yerişi" var

Bu küçələrdə "tısbağa yerişi" var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkət sürəti saatda 9-10 km-dək enib.

Bakı Nəqliyyat Agentliyi (BNA) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Milli.Az-a bildiriblər ki, bu gün səhər saatlarından etibarən paytaxtın Azadlıq, Moskva prospektlərində, Nəsibbəy Yusifbəyli küçəsində, Rahib Məmmədov-Aşıq Ələsgər və Molla Pənah Vaqif-Fətəli Xan Xoyski küçələrinin kəsişməsində fasilələrlə nəqliyyatın sıxlığı müşahidə olunur.

Bunu nəzərə alaraq deyilən istiqamətlərdə hərəkətdə olan sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR