Bu gün "Eurovision-2016" həftəsi başlayır

Bu gün

Bu gün Stokholmda "Eurovision-2016" mahnı müsabiqəsi həftəsi başlayır.

APA-nın "RİA Novosti "agentliyinə istinadən verdiyi məlumata görə, Stokholm meri Karin Vannqord bildirib ki, 8-14 may tarixlərində keçiriləcək "Eurovision-2016" mahnı müsabiqəsi həftəsi İsveç paytaxtının bir çox yerlərində keçiriləcək.

Həftə ərzində planlaşdırılan bütün görüşlər, musiqi tədbirləri, təntənəli və idman tədbirləri "Birlikdə pyalaşaq!" şüarı altında keçiriləcək. "Eurovision-2016" mahnı müsabiqəsi həftəsi  bu gün səhər İsveç Kral sarayının qarşısında "Eurovision-2016" mahnı müsabiqəsində iştirak edən ölkələrin bayraqlarının qaldırılması ilə başlayacaq. Bayraqlar əlifba sırası ilə qaldırılacaq. Bu mərasimə iştirakçı ölkələrin səfirləri, müğənnilər, ölkələrin nümayəndə heyətləri, müsabiqənin təşkilatçıları dəvət ediliblər.

Bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək. Müsabiqə Stokholmda "Globen Arena"da keçiriləcək. Bu il müsabiqədə 42 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar. Ötən ilin debütant ölkəsi - Avstraliya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib.

Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, "Eurovision" müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb.


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...