"Karatenin qara brilyantı" "quru" hesabla çempion oldu

Rafael Ağayev 13-cü dəfə Avropa çempionu oldu

Fransanın Monpelye şəhərində keçirilən karate üzrə 51-ci Avropa çempionatında fərdi yarışlar keçirilir.
 
Qol.az-ın "Qəbələ" klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 46 ölkədən 437 idmançının qatıldığı turnirdə Azərbaycan milli komandası da mübarizə aparıb. 

Yarışda uğurla çıxış edən yığmamızın heyətində "Qəbələ" İdman Klubunun üzvləri də tatami üzərinə çıxıblar. Avropa çempionatına yollanan təmsilçilərimizdən Rafael Ağayev 75 kq çəki dərəcəsində qitə çempionu tituluna yiyələnib. Andorralı Serxi Herveri 5:0, avstriyalı Stefan Pokornını 4:0, macar Qabor Harspatakini 1:0 hesabı ilə məğlub edən idmançımız yarımfinalda fransalı Loqan da Kostanı 6:0 hesabı ilə üstələyib. 

Həlledici qarşılaşmada Türkiyə idmançısı Erman Eltemurla görüşən karateçimiz 3:0 hesabı ilə qalib gəlib. Bununla da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Ağayev 13-cü dəfə Avropa çempionatının qızıl medalını qazanıb.


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...