Universitet rektoru işdən çıxarıldı
Kateqoriya məlum deyil
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Y.Ə.Məmmədovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yusif Əbülfət oğlu Məmmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsindən azad edilsin".






