Qaz olmayacaq
Bakının Sabunçu, Binəqədi, Xəzər, Qaradağ və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Sfera.az bildirir ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qaz xətləri üzərində quraşdırılmış tənzimləyicilərin təmiri, aşkar olunmuş qaz sızmalarının ləğv olunması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə aprelin 29-da saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Savalan və Albalılıq yaşayış massivlərində, Bilgəh qəsəbəsində, Binəqədi rayonunun Çiçək yaşayış massivi ərazisində, Xəzər rayonunun Buzovna və Zirə qəsəbələrində, Qaradağ rayonunun Sahil qəsəbəsində, həmçinin Abşeron rayonunun Xırdalan, Qobu, Güzdək və Hökməli qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.