Logo

Türkiyənin Vitse-prezidentindən Azərbaycana gələcək hərbçilərlə bağlı AÇIQLAMA

Türkiyənin Vitse-prezidentindən Azərbaycana gələcək hərbçilərlə bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər".

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

O deyib ki, Türkiyə Şərqi Aralıq Dənizi, Kipr və Liviya ilə bərabər, Qarabağ məsələsində də Azərbaycana qeyd-şərtsiz dəstək verməkdə davam edir:

"Qarabağdan işğalçı Ermənistanın qovulması Türkiyə-Azərbaycan dostluğunu meydanda da bütün dünyaya nümayiş etdirdi".

F. Oktayın sözlərinə görə,  Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri qardaş ölkədəki vəzifələrini ən qısa zamanda icra edəcəklər: "Bundan sonra da ədalət mübarizəsində qardaşlarımızın yanında olacağıq”.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə təqdim edilən Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsini dəstəkləyən qanun layihəsi qəbul edilib. Qanun layihəsinə görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR