SOCAR-ın yeni vitse-prezidentləri təqdim olundu - FOTO

SOCAR-ın yeni vitse-prezidentləri təqdim olundu - FOTO

Aprelin 19-da SOCAR-ın yeni təyin olunmuş vitse-prezidentlərin təqdim olunma mərasimi keçirilmişdir.

Milli.Az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, Şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 mart 2016-cı il tarixində "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" müvafiq Fərman imzalamışdır. Fərmanla SOCAR-ın idarəetmə strukturunda birinci vitse-prezident; neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə; geologiya və geofizika məsələləri üzrə; yataqların işlənməsi üzrə vitse-prezident ştatlarının yaradılmasına qərar verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli Sərəncamları ilə yeni yaradılmış birinci vitse-prezident vəzifəsinə akademikXoşbəxt Yusifzadə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsinə Rəhman Qurbanov, geologiya və geofizika məsələləri üzrə vitse-prezident vəzifəsinəBəhram Hüseynov, yataqların işlənməsi üzrə vitse-prezident vəzifəsinə isə Yaşar Lətifov təyin olunmuşdur.

Rövnəq Abdullayev yeni təyin olunmuş vitse-prezidentlərin əmək fəaliyyətindən danışmış, onların SOCAR-da böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadrlar olduğunu vurğulamışdır. Şirkətin həyata keçirdiyi layihələrə, planlaşdırdığı genişmiqyaslı tədbirlərə toxunan SOCAR prezidenti şirkətin əldə etdiyi nailiyyətlərlə kifayətlənməyəcəyini, daim təkmilləşəcəyini, idarəetmə aparatının müasir tələblərə uyğunlaşdırılacağını söyləmiş, dövlətimizin başçısını əmin etmişdir ki, neftçilər hər zaman olduğu kimi yenə də onlara bəslənən inam və etimadı öz işləri ilə doğruldacaqlar. O, yeni təyin olunmuş birinci vitse-prezident akademik Xoşbəxt Yusifzadəni, vitse-prezidentlər Rəhman Qurbanovu, Bəhram Hüseynovu və Yaşar Lətifovu təbrik edərək, onların qarşısında mühüm vəzifələr dayandığını qeyd etmiş və bu vəzifələrin icrasında onlara müvəffəqiyyətlər arzulamışdır.

Daha sonra SOCAR-ın yeni təyin olunmuş vitse-prezidentləri layiq görüldükləri böyük etimada görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və bu etimadı doğrultmaq üçün əllərindən gələni edəcəklərini söyləmişlər.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...