“İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir? - VİDEO

“İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir? - VİDEO
Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik "İti qovan” pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıblar. Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb. Hazırda "İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir.

Sfera.az xəbər verir ki, hərbi ekspert Rəşad Süleymanov deyir ki, Azərbaycan 2011-ci ildən pilotsuz uçuş aparatlarının istehsalına başlayıb.

Əvvəllər həmin PUA-nın adı kamikadze ''Zərbə'' olub. Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində daha sonra həmin silaha ''iti qovan'' adı verilərək seriyalı istehsalına başlanıb.

Qeyd edək ki, ''iti qovan'' adı verilən kamikadze PUA 5 saata qədər havada qala bilir.

Ekspert deyir ki, qurğuda xüsusi mini optik izləmə kamerası yerləşdirilib. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Bundan başqa ''iti qovan''ın daha bir neçə üstünlükləri də var.

Qeyd edək ki, həmin pualar Silahlı Qüvvələrin arsenalında var və Ermənistan ordusunun texnika və canlı qüvvəsinin məhv edilməsində müstəsna rol oynayır.///Xezerxeber.az



OXŞAR XƏBƏRLƏR

Ərdoğan Xankəndiyə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə i...

Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçi 75 yaşında yaşadığı Şirvan şəhərində d...

“Məsələyə Putinin özü qarışmalıdır” - Qüdrət Həsənquliyevdən SENSASİON MÜSAHİBƏ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliy...

Bu türk ölkəsinin baş naziri Füzulidə səfərdədir

Qazaxıstanın Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib. &nb...

43 azərbaycanlı tələbə Çində təhsil alacaq

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə əsasən, 2025-2026...

Elçin Təhməzov Bosniya və Herseqovinada tutularaq Azərbaycana təhvil verildi

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ...