Logo

Ermənistan Brüsseldən əli boş döndü - VİDEO

Ermənistan Brüsseldən əli boş döndü - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

NATO-nun Baş katibi Yens Stoltenberq və Ermənistan Prezidenti Armen Sarkisyan Brüsseldəki NATO qərargahındakı görüşlərdən sonra mətbuat konfransı keçirib.

Sfera.az xəbər verir ki, mətbuat konfransında Ermənistan Prezidentinə açıqlama verməsinə imkan verilməyib.

Məlumata görə, Ermənistanın Prezidentinin Brüsselə getməkdə əsas məqsədi NATO-dan Türkiyəyə qarşı hər hansı bir sanksiyanın tətbiq etməsi olub.

REAL TV-nin əməkdaşının verdiyi açlıqlamaya görə, NATO Ermənistana sözün əsil mənasında yerini göstərib. NATO rəsmisi bildirb ki, Türkiyə bizim müttəfiq dövlətimizdir, bizim üçün çox dəyərlidir:

"Biz heç bir şəkildə onlara təziq göstərə bilmərik sadəcə məsləhət verə bilərik ki, regionda sülhün yaradılması üçün kömək etsin".

Yens Stoltenberq atəşkəsin pozulmasından narahat olduqlarını bildirib:

"Dinc əhalinin hədəf seçilməsi qəbul edilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR